Menu

«Dragon-2017» təlimlərinin aktiv fazası başlanır - Polşada

25.09.2017, 12:23
«Dragon-2017» təlimlərinin aktiv fazası başlanır - Polşada

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşada «Dragon-2017» təlimlərinin aktiv fazası başlanır. Təlimlərdə NATO-nun və həmkar ölkələrin 17 min hərbi qulluqçusu iştirak edir.

«Təlimlərin ssenarisinə görə, qonşu ölkələrdən biri Polşanın təbii ehtiyatlarına giriş əldə etmək niyyətinə düşür və mübahisəli ərazini zəbt etmək cəhdi göstərir» - deyə, respublikanın müdafiə naziri Mixal Dvorçik danışır.

Onun sözlərinə görə, təlimlərdə hərbi-dəniz qüvvələri və aviasianın da cəlb olunması ilə silahlı qüvvələrin bütün növləri iştirak edəcək. Onlar əks-hücumu, vertolyotlardan desant tullamağı, quru qüvvələrə havadan dəstək verməyi məşq edəcəklər.

Hərbi təlimlərin yeni elementi - kibermüdafiə də öyrəniləcək.

Bununla bağlı, Polşaya 10 ölkənin hərbi qulluqçuları gələcəklər. Dəvətlilər arasında Gürcüstan və Ukrayna da var.

Təlimlər sentyabrın 29-a qədər davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol