AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, amerikalıların üçdə ikisi Koreya Xalq Demokratik Respublikasına (KXLR) qabaqlayıcı zərbə vurulmasının əleyhinə çıxıb.
«Washington Post» və «ABC News» nəşrlərinin sifarişi əsasında keçirilmiş sorğunun nəticələri belə deməyə əsas verir. Bu zaman, rəyi soruşulanların əksəriyyəti bu məsələdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa etibar etmir.
Respondentlərin yalnız 37,0 faizi hesab edir ki, Tramp Şimali Koreyaya yönəlik düzgün qərar qəbul etmək iqtidarındadır.


Şərhlər