Menu

"Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini yola salacaq" - Saakaşvili

25.09.2017, 15:40
"Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini yola salacaq" - Saakaşvili

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili oktyabrın 17-də Kiyevdə keçirilməsi planlaşdırılan mitinq zamanı Ukrayna Nazirlər Kabinetinin bütün üzvlərini "göndərmək" niyyətində olduğunu bəyan edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Biz oktyabrın 17-də buraya qayıdacağıq və Ukrayna xalqı onları (nazirləri - red.) buradan göndərəcək", - M.Saakaşvili bu gün Kiyevdə keçirilən mitinqdə bildirib.

O həmçinin bu gün həmfikirlərinin axtarışı ilə əlaqədar Lvova səfər edəcəyini də vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol