«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) xarici işlər naziri Li Yon Xo bəyan edib ki, Şimali Koreya hətta ölkənin hava məkanından kənarda da Amerika Birləşmiş Ştatlarının (ABŞ) döyüş təyyarələrini vura bilər.
«ABŞ bizim ölkəyə müharibə elan etdiyinə görə, bizim tam hüququmuz var ki, əks tədbirlər görək - ABŞ-n strateji bombardmançı təyyapələri vurmaq da daxil olmaqla, əgər onlar bizim hava məkanımızdan kənarda olsalar belə» - deyə, nazir Nyu-Yorkda jurnalistlərə bəyan edib.
Nazir onu da bildirib ki, Pxenyan Donald Trampın hərəkətlərinə cavab olaraq, bütün variantları nəzərdən keçirəcək.
Bundan əvvəl Li Yon Xe ABŞ Prezidentini «psixi xəstə» adlandırıb və bəyan edib ki, nüvə düyməsini ona etibar etmək olmaz. Nazirin sözlərinə görə, Tramp Kim Çen In haqqında səsləndirdiyi fikirlərinə görə, cavab verməli olacaq.
Ötən həftə ABŞ Prezidenti Birləşmiş Millətlər Təşkilatında (BMT) çıxış edərək, KXDR-ı məhv etməklə hədələyib və Kim Çen Inı «özünə qəsd edən raket-adam» adlandırıb. Bunun cavabında Şimali Koreya lideri «Trampı əhlləşdirəcəyi» ilə hədələyib.
.


Şərhlər