Menu

Yol polisi parkomat olan küçədən maşınları daşıdı - FOTO

25.09.2017, 21:19
Yol polisi parkomat olan küçədən maşınları daşıdı - FOTO

Orada avtomobil park edənlərin əksəriyyəti klinikaya xəstə gətirənlərdir!

Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İli İdarəsinin hətta yaşayış binalarının qarşısında belə vətəndaşların avtomobillərini aparması ilə bağlı narazılıqlar artmağa başlayıb. Azərbaycanda yol polisi ilə bağlı əsas narazılıqlar “Siqnal İli” idarəsinin fəaliyyəti ilə bağlıdır.

"AzPolitika" gununsesi.info-ya istinadla xəbər verir ki, Bakının Yasamal rayonunda Həsən Bəy Zərdabi küçəsində parkomant aparatı quraşdırıldığından sürücülər rahatlıqla avtomobillərini burada park edir. Ancaq geriyə dönəndə isə avtomobillərinin DYP tərəfindən aparılmasının şahidi olur.

Qeyd edək ki, Nəsrədin Tusi Klinkasının yerləşdiyi bu küçədə avtomobil park edənlərin əksəriyyəti klinikaya xəstə gətirənlərdir.

Avtomobili aparılan Vüqar adlı sürücü bildirib ki, xəstə anasını klinkaya müayinəyə gətirən sürücü geriyə dönəndə avtomobilinin aparıldığının şahidi olub.

Qeyd edək ki, paytaxt ərazisində ümumilikdə 500-ə yaxın parkomat qurulub. Həmin parkomatlara nəzarət Bakı meriyasının müvafiq strukturu olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) həyata keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol