Menu

Voleybol millimiz 1/4 finala yüksəlib

25.09.2017, 21:44
Voleybol millimiz 1/4 finala yüksəlib

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qrup mərhələsinin son oyununda Almaniya yığmasından 2 set almağı bacarıb.

Bakıdakı Milli Gimnastika arenasında təşkil olunan görüşün ilk 3 setindən sonra meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.

Azərbaycan millisi dördüncü seti 25:18 hesabı ilə öz xeyrinə bitirib. Beləliklə, yekunda 3:1 hesabı ilə qalib gələn voleybolçularımız xallarının sayını 9-a çatdıraraq qrup lideri kimi dörddəbir final mərhələsinə birbaşa vəsiqə qazanıblar. Almaniya isə 4 xalla üçüncü yerin sahibi kimi pley-offda mübarizə aparacaq.

Qrupda birinci yer isə 1/4 final mərhələsinə birbaşa vəsiqə deməkdir. Daha əvvəl bu hüquqa Rusiya, İtaliya və Serbiya yiyələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol