Menu

«Dünyada antibiotiklər tükənir» - ÜST xəbərdarlıq edir

25.09.2017, 22:20

derman-2«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fikrincə, hal-hazırda viruslarla mübarizə üçün dərmanlar olduqca az istehsal olunur.

ÜST yeni məruzəsində xəbərdarlıq edir ki, dünyada antibiotiklər tükənmək üzrədir. Bu, elə bir vaxta təsadüf edir ki, bakteriyaların dərmanlara qarşı davamlılığı yalnız artır və onlar tezliklə alimləri ötüb keçəcəklər.

«Biz o vaxtlara qayıtmalı olacağıq ki, insanlar geniş yayılmış infeksiyalardan qorxurdular və əhəmiyyətsiz əməliyyatlar zamanı öz həyatları ilə risk edirdilər» - deyə, ÜST-nın Baş direktoru Tedros Adxan bəyan edib.

Bu gün alimlər 51 antibiotikin yaradılması üzərində işləyirlər və onlardan yalnız 8-i innovasiyalıdır, qalanları isə artıq mövcud olanların modifikasiyalarıdır. ÜST hesab edir ki, viruslar onların öhdəsindən asanlıqla gələcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol