Menu

DÇ- 2014 - Bu günün oyunları

25.06.2014, 20:27
DÇ- 2014 - Bu günün oyunları

Dünya çempionatı həyəcanı bu gün də davam edir

Bu gün E və F qruplarının sonuncu turunun oyunları keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-da F qrupunun oyunları başlayacaq. 2 oyundan 4 xal toplayan Nigeriya Argentina ilə görüşdən 1 xal almaqla qrupdan çıxmağı qarantiləməyə çalışacaq.

Qrupun digər görüşü isə Bosniya və Hersoqovena ilə İran milliləri arasında baş tutacaq.

Bakı vaxtı ilə gecə saat 1-də isə E qrupunun oyunları başlayacaq. Honduras ilə İsveçrə millilərinin qarşılaşmasında isveçrəlilər qələbə qazanmaqla qrupdan çıxmaq şansını saxlamağa çalışacaqlar. İsveçrə qələbə qazanacağı halda Ekvador millisinin xal itirməsi ilə qrupdan çıxacaq. Ekvador millisi isə qrupdan çıxmağı qarantiləyən Fransa millisi ilə görüşəcək. İsveçrə ilə hərəyə 3 xal toplayan Ekvador millisinin də qrupdan çıxmaq şansı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol