Menu

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub - 3 ölü, 6 yaralı

26.09.2017, 00:53

turkey_ambulance_150116Türkiyənin Ağrı şəhərində PKK terrorçuları qeyri-leqal miqrantları daşıyan mikroavtobusu atəşə tutublar.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mikroavtobusun atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Yaralananların ikisinin vəziyyətinin çox ağır olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol