Menu

"Həm Azərbaycan, həm də NATO bu əməkdaşlıqdan faydalanır" - Ceyms Appaturay

26.09.2017, 10:54
"Həm Azərbaycan, həm də NATO bu əməkdaşlıqdan faydalanır" - Ceyms Appaturay

NATO ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq mövcuddur.

Trend-in məlumatına görə, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzüsunda keçirilən tədbirdə deyib.

C.Appaturay bildirib ki, Azərbaycan Əfqanıstanda və digər ərazilərdə NATO missiyası çərçivəsində həyata keçirilən sülhməramlı tədbilərə dəstək verir:

“Həm Azərbaycan, həm də NATO bu əməkdaşlıqdan faydalanır. NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol