Menu

Bakıda yaşlı qadını yük maşını vurub

26.09.2017, 23:34
Bakıda yaşlı qadını yük maşını vurub

Bakının Binəqədi rayonu ərazisində yaşlı qadını "Kamaz" markalı yük maşını vurub.

"Report" xəbər verir ki, 1958-ci il təvəllüdlü Hacıyeva Nazxanım Bayram qızı sürücü tərəfindən ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində sürücünün izahatı alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol