Menu

Kərkükdə partlayış - 4 nəfər ölüb

26.06.2014, 08:29
Kərkükdə partlayış - 4 nəfər ölüb

İraqın Kərkük şəhərində terror aktı nəticəsində 4 nəfər ölüb, ən azı 19 nəfər xəsarət alıb.

“BBC”-nin verdiyi məlumata görə, terrorçu-kamikadze kişi şəhərin mərkəzi bazarı yaxınlığında özünü partladıb.

Ölənlər arasında iki kürd peşmərgəsinin (İraqın şimalındakı yaraqlı kürd) olduğu deyilir.

Qeyd edək ki, İraqın şimalındakı peşmərgələr Kərkükə nəzarət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol