Menu

Gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlandı

27.09.2017, 10:46
Gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlandı

Lənkəran şəhərind gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə "Aztelekom" İstehsalat Birliyinin Lənkəran şəhər 4 №-li EATS-də baş verib.

Belə ki, idarənin mühafizəçisi, rayonun Şağlaser kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Cəbrayıl oğlu Şirəliyevin meyiti səhər saatlarında işə gələn idarənin əməkdaşları tərəfindən xidməti otağında tapılıb. İlkin ehtimallara görə, E.Şirəliyev ürəktutmadan ölüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol