Menu

Vaqif Aydınoğlu vitse-prezident deyil, köməkçi təyin olunub

27.09.2017, 17:25
Vaqif Aydınoğlu vitse-prezident deyil, köməkçi təyin olunub

“Vaqif Aydınoğlu ATV-də cari məsələlərin yerinə yetirilməsi məqsədilə müvəqqəti olaraq mənim köməkçim funksiyasını yerinə yetirir”.Bunu APA-ya açıqlamasında “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov deyib.

O qeyd edib ki, bu təyinat telekanalda keçid dövrünə hesablanıb.

***

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub. APA-nın xəbərinə görə, vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.

Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.

Dünən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.

A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol