Menu

Gürcüstanda bələdiyyə aparatının rəisi güllələnib

28.09.2017, 15:26
Gürcüstanda bələdiyyə aparatının rəisi güllələnib

Gürcüstanın Zuqdidi şəhər bələdiyyəsi aparatının rəisi Qriqol Mikava odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, faktı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib.

O, diz nahiyəsindən yaralanıb.

Nazirlikdən bildirilib ki, cinayətkarın tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Faktla bağlı qəsdən sağlamlığa ağır ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol