Menu

Çin KXDR-in bütün biznesinin ölkədən getməsini tələb etdi

28.09.2017, 17:25
Çin KXDR-in bütün biznesinin ölkədən getməsini tələb etdi

«AzPolitika.nfo»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) hakimiyyəti Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan bütün şirkətlərə ölkəni tərk etmək üçün 120 gün vaxt verib.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən sentyabrın 12-də qəbul olunmuş sanksiyaların reallaşdırılması çərçivəsində Şimali Koreya kapitalının iştirak etdiyi və Çinin sərhədlərindən kənarda fəaliyyət göstərən Çin müəssisələri bağlanacaq.

BMT TŞ tərəfindən qəbul olunmuş sanksiyalar KXDR-a neft məhsullarının göndərilməsinə qismən qadağa qoyur.

Bundan əlavə, KXDR-ə sıxılmış təbii qazın və qaz kondensatının göndərilməsini də qadağan edir. Sənəd həm də KXDR-dan tekstil məhsullarının ixracını tam qadağa altına alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol