Menu

Vladimir Putinin Türkiyəyə səfəri başlayıb

28.09.2017, 18:27
Vladimir Putinin Türkiyəyə səfəri başlayıb

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında təkbətək görüş keçiriləcək.

Məlumata görə, dövlət başçıları İraqda keçirilən “referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcək.

Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcək.

Görüşdən sonra R.T.Ərdoğan və V.Putin birgə mətbuat konfransı keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol