Menu

“Türkiyə bizimlə sərhədi bağlamayacaq” – Ərbil valisi

29.09.2017, 00:40
“Türkiyə bizimlə sərhədi bağlamayacaq” – Ərbil valisi

Türkiyənin müstəqillik referendumundan narazı olmasına baxmayaraq, Kürdüstanla sərhədləri bağlamayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ərbil valisi Nevzad Hadi deyib.

“Türkiyə sərhədi bağlamayacağını əvvəlcədən bildirdi. Buna heç bir səbəb yoxdur”, – Hadi bildirib.

Qeyd edək ki, referendumdan sonra iki ölkə arasında yerləşən Habur sərhəd-keçid məntəqəsinin bağlanacağı ilə bağlı məlumatlar yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol