İran millisinin DÇ-2014-ün F qrupunda Bosniya və Herseqovinaya 1:3 hesablı məğlubiyyəti millinin baş məşqçisi Karluş Keyruşun vəzifədən istefa verməsi ilə nəticələnib.
SalamNews-un xəbərinə görə, K.Keyruş oyundan dərhal sonra mətbuat konfransı keçirib.
İran milli komandası ilə işləməyi özü üçün böyük şərəf adlandıran portuqaliyalı mütəxəssis vəzifəsindən getməsi barədə açıqlama verib.
Son yeni müqavilənin imzalanması ilə bağlı federasiyadan heç bir təklif almadığını söyləyən. K.Keyruş yeni müqavilə ilə bağlı müraciət gözlədiyini deyib: "Ancaq bu, baş vermədi. Buna görə də istefa vermək qərarına gəldim."
Xatırladaq ki, İran komandas son məğlubiyyətdən sonra DÇ-2014 munidalından çıxıb.


Şərhlər