Menu

"O, ABŞ-da elmin inkişafına çox böyük töhfələr verib" - Robert Sekuta

29.09.2017, 13:07
"O, ABŞ-da elmin inkişafına çox böyük töhfələr verib" - Robert Sekuta

“Böyük alim Lütfi Zadə elmin inkişafına böyük töhfələr verib”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, bəzən riyaziyyat elmi və riyaziyyat elmindəki dəyişikliklər bir qədər mücərrəd görünür: “Amma həmin irəliləyişlər bu gün bizim müasir həyatımızdakı çox nailiyyətin əldə edilməsinə səbəb olub. Azərbaycanlılar haqlı olaraq, bu görkəmli şəxslə fəxr edirlər. O, Bakıda doğulub, sonra Tehrana gedib, oradan isə ABŞ-a köçüb. ABŞ-da elmin inkişafına çox böyük töhfələr verib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol