Menu

Bakıda yeni dayanacaq pavilyonları quraşdırılacaq

29.09.2017, 16:30
Bakıda yeni dayanacaq pavilyonları quraşdırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda iri və orta dayanacaq pavilyonlarının quraşdırılmasına 5 mln. 765,919 min manat yönəltməyi planlaşdırır.

İri dayanacaq pavilyonlarının quraşdırılmasının təşkili ilə "SAR Qrup" MMC məşğul olacaq.

Bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 mln. 49,71 min manatdır.

Bundan əlavə, orta dayanacaq pavilyonlarının quraşdırılmasını da "SAR Qrup" həyata keçirəcək. BNA ilə "SAR Qrup" arasında imzalanan müqavilənin dəyəri 2 mln. 518,71 min manat təşkil edir. /"APA"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol