Menu

Bakıda İraqın ərazi bütövlüyünə dəstək aksiyası keçirilib - FOTOLAR

29.09.2017, 16:49
Bakıda İraqın ərazi bütövlüyünə dəstək aksiyası keçirilib - FOTOLAR

Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT-nin Bakıdakı Ofisi qarşısında aksiya keçirib.

APA-nın məlumatına görə, aksiya İraq Kürdistanında "müstəqillik referendumu"na etiraz etmək, İraqın ərazi bütovlüyünə və suverenliyinə dəstək vermək məqsədilə keçirilib.

Aksiya iştirakçıları İraqın şimalındakı Kürd muxtariyyətinin senyabrın 25-də keçirdiyi "müstəqillik referendumu"nu pisləyib, bunu İraqın ərazi bütövlüyü və suverenliyinə qəsd kimi qiymətləndiriblər.

Aksiyada "İraq vahid və bölünməzdir", "Saxta referendumu rədd edirik" və digər şüarlar səsləndirilib.

Sonda aksiyanın qətnaməsi oxunub. Qətnamə BMT-nin Bakı Ofisinə təqdim olunub.

[gallery columns="4" size="full" ids="358240,358241,358242,358243,358244,358245,358246,358247"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol