AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rusdilli əməkdaşlar toplamağa başladığını elan edib.
«Rus dilini bilirsiniz? ABŞ vətəndaşısınız, ali təhsiliniz varmı və milli təhlükəsizliklə maraqlanırsınızmı? Belədirsə, sizin bacarığınız burada lazımdır» - deyə, kəşfiyyat xidmətinin mikrobloqunda xəbər verilir.
Bu sferada çalışmaq istəyənlərin diqqətinə çatdırılır ki, onlar özlərini «həqiqətin üzə çıxarılması» fəaliyyətinə həsr etməli olacaqlar.

Şərhlər