Menu

Bərzani yalvarmağa başladı - "Dayandırın..."

30.09.2017, 19:47

downloadRəsmi Bağdadın İraq Kürd Muxtariyyətinə uçuşları dayandırmasından sonra separatçı rejimin sözçüsü BMT-yə səslənib.

Axar.az xəbər verir ki, İraq Kürd Muxtariyyəti hökumətinin sözçüsü Sefin Diyazi BMT-yə müraciət edərək, uçuş qadağasının ləğv edilməsini istəyib:

“Bağdadın uçuş qadağası kürd xalqını və toplumu cəzalandırmaqdır. BMT və İraq tezliklə bu qərarın ləğv edilməsi istiqamətində addımlar atmalıdır. Kürdüstan hökuməti məsələ ilə bağlı xüsusən BMT-yə çağırış edir: bu qadağanı dayandırın”.

Qeyd edək ki, Bərzani Türkiyə və İraqın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 25-də Kürd Muxtariyyətində referendum keçirib. İraq və Türkiyə buna cavab olaraq İraq Kürd Muxtariyyətinə uçuşları dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol