Menu

Hərbi yürüş keçirildi - Foto

26.06.2014, 13:32
Hərbi yürüş keçirildi - Foto

Hərbçilər Ali Baş Komandanının əmrini gözlədiklərini bildirib

Bu gün Silahlı Qüvvələr Günü münasibətilə Qusarda bayram şənliyi keçirilib.

ANS PRESS-in məlumatına görə, tədbirin girişində Azərbaycan şəhidləri və Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Bundan sonra hərbçilər hərbi yürüş ediblər. Daha sonra hərbçilər Heydər Əliyev Mərkəzini və onun abidəsini yad ediblər.

Tədbirdə iştirak edən Qusar rayon N saylı hərbi hissənin komandiri Oruc Abdullayev ANS PRESS-in bölgə müxbirinə bildirib ki, ordumuz günü-gündən inkişaf edir.

“Biz heç vaxt torpaqlarımızn işğal olunması ilə barışmamışıq. Ali Baş Komandanının əmrini gözləyirik. Biz hər zaman döyüşə başlamağa hazırıq”, - deyə Oruc Abdullayev bildirib.

Daha sonra tədbirdə təntənəli şəkildə Azərbaycan bayrağı ucaldılıb. Tədbir hərbçilərimiz bacarıqlarını nümayiş etdirməklə davam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol