Menu

Azərbaycan cüdoçusu Zaqrebdə Qran-Pri yarışının qalibi olub

01.10.2017, 20:35
Azərbaycan cüdoçusu Zaqrebdə Qran-Pri yarışının qalibi olub

Azərbaycan cüdoçusu Rüstəm Orucov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri yarışının qalibi olub.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cüdoçumuz ardıcıl olaraq Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib.

Qran-Pri turnirində qalib gələn idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol