Menu

Las-Veqasda kazino yaxınlığında atəş açan şəxslərdən biri zərərsizləşdirilib

02.10.2017, 11:46
Las-Veqasda kazino yaxınlığında atəş açan şəxslərdən biri zərərsizləşdirilib

Las-Veqasda musiqi festivalı iştirakçılarına atəş açan şəxs zərərsizləşdirilib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Las-Veqas polis departamentindən bildirilib.

Hadisə ilə bağlı Las-Veqasa uçuşlar dayandırılıb. Hava limanı bağlanıb.

Yaralanan 24 nəfərdən 12-nin durumu ağır qiymətləndirilir. İki nəfərin öldüyü təsdiqlənib.

Məlumatlara görə, atışmada bir yox, bir neçə nəfər iştirak edib.

Ərazidə əməliyyat davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol