Menu

AFFA Rəşad Sadıqovun Azərbaycan millisi ilə vidalaşacağını təsdiqləyib

02.10.2017, 17:16
AFFA Rəşad Sadıqovun Azərbaycan millisi ilə vidalaşacağını təsdiqləyib

Futbol üzrə 2018-ci il dünya çempionatının Çexiya yığması ilə seçmə qrup oyunu Azərbaycan milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida matçı olacaq.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın saytına Sadıqovun özü açıqlama verib.

O, Çexiya ilə matçın Azərbaycan millisi üçün cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol