«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın Prezidenti Vladimir Putin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdımühəmmədov dövlətləri arasında strateji tərəfdaşlıq barədə ikitərəfli müqavilə imzalayıb («TASS»).
Putinin səfəri çərçivəsində Rusiya və Türkmənistan arasında Aşğabadda baş tutan danışıqların nəticələrinə görə, daha 14 birgə sənəd imzalanıb. Onların arasında sənaye sahəsi üzrə hökumətlərarası əməkdaşlıq barədə və miqrasiya üzrə hökumətlərin qarşılıqlı kompetent orqanlarının yaradılması barədə saziş də yer alıb. Bundan başqa, narkotiklərin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə əməkdaşlıq barədə də saziş imzalanıb.
Bütün bunlardan əlavə, imzalanmış sənədlər sırasına idman, turizm və səhiyyə sahələri üzrə əməkdaşlıq barədə hökumətlərarası sazişlər də daxildir.


Şərhlər