Menu

Facebook şirkətinin təmsilçiləri ABŞ Senatında ifadə verir – Rusiya ilə bağlı

02.10.2017, 22:56

1458933257_facebook-008Facebook şirkətinin təmsilçiləri ABŞ Nümayəndələr Palatası və Senatın Kəşfiyyat Komitələri ilə ötən il Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə dair müzakirələr keçirir.

Bağlı qapılar arxasında keçirilən bu görüş Facebook-un 3 min reklamın açıqlanması və öz platformasını daha şəffaf etmək istədiyini bildirməsindən sonraya təsadüf edir.

Məqsəd yalan xəbərlərin yayılması və kiminsə müəyyən istifadəçilərin yazdığına müdaxilə etdiyinin arşdırılmasıdır. Facebook, Tvitter və Google-ın ana şirkəti Alphabet bu ay Nümayəndələr Palatası, noyabrda isə Senatın komitələrində ifadə verəcək. (Amerikanın Səsi)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol