Menu

Ekvador məhkəməsi vitse-prezidentin həbsinə order verdi

03.10.2017, 10:55
Ekvador məhkəməsi vitse-prezidentin həbsinə order verdi

Ekvador məhkəməsi ölkənin vitse-prezidenti Xorxe Qlasın həbsinə order verib.

Trend-in məlumatına görə, bu qərar Baş Prokurorluğun X.Qlasın korrupsiyada şübhəli bilinərək ilkin həbsə alınması ilə bağlı ərizəsindən sonra qəbul edilib.

Bundan başqa, məhkəmə vitse-prezidentin dayısı Rikardo Riveranın həbsinə də order verib.

Qeyd edək ki, X.Qlas "Odebrecht" tikinti şirkətindən rüşvət almaqda şübhəli bilinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol