«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Madrid Kataloniyanın muxtariyyətini dayandırmaq üçün qanunun gücündən istifadəni istisna etmir.
Krallığın ədliyyə naziri Rafael Katala Polo bəyan edib ki, referendum günü hüquq-mühafizə orqanları qanun çərçivəsində davranıblar və yalnız istisna hallarda güc amilindən istifadə ediblər.
Madrid hesab edir ki, Kataloniya referendumu legitim deyil, çünki Barselonada hələ səsverməyə qədər bəyan ediblər ki, plebistsit hakimiyyət üçün qanuni qüvvə kəsb edəcək.


Şərhlər