Menu

ABŞ xaricdə müharibəyə $2 trilyon vəsait xərcləyib - Son 16 ildə

03.10.2017, 13:03
ABŞ xaricdə müharibəyə $2 trilyon vəsait xərcləyib - Son 16 ildə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti 2001-ci ildən bəri xaricdə hərbi əməliyyatlara 1,7 trilyon dollara yaxın vəsait sərf edib. Bu məlumatı «National Priorities Project» təşkilatı öz saytında dərc edib.

Ekspertlər Vaşinqtonun Əfqanıstandakı, İraqdakı və digər ölkələrdəki «missiya»sına və «İslam dövləti» (İD) terrorçu qruplaşması ilə mübarizəyə çəkdiyi xərci hesablayıblar.

Məlum olub ki, İraqdakı müharibəyə hamısından artıq (2003-cü ildən sonrakı müddətdə 821 milyard dollar), Əfqanıstandakı müharibəyə 2001-ci ildən sonrakı dövr üçün 765 milyard dollar vəsait xərclənib. İD qruplaşması ilə qarşıdurmaya isə artıq 17 milyard sərf olunub.

Qeyd olunur ki, dərc olunmuş rəqəmlər yalnız Pentaqonun rəsmi məlumatlarına əsaslanır. Hesablama zamanı Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər xüsusi xidmətlər tərəfindən həyata keçirilmiş hərbi əməliyyatlara sərf olunmuş məxfi məsrəflər nəzərə alınmayıb. Hərbi texnikanın yenilənməsinə, yaxın 40 il ərzində həlak olmuş hərbçilərin ailələrinə ödənilən kompensasiyalar, veteranların müalicəsinə çəkilmiş xərclər bu hesabatda yer almayıb.

Braun Universitetindən olan analitiklərin fikrincə, xərclərin bütün maddələri nəzərə alınmaqla, ümumi məbləğ 5,0 trilyon dollara çata bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol