Menu

“Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir” - Nikol Paşinyan

03.10.2017, 18:03
“Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir” - Nikol Paşinyan

“Sözümü bizim hakimiyyətə ünvanlayıram: Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentdəki “Çıxış” adlı müxalifət fraksiyasının başçısı Nikol Paşinyan “Yerevan şəhərinin yerli özünüidarəetməsi haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hakimiyyət konstitusiyada edilən dəyişikliklərə uyğun olaraq, idarəçilikdə də formal redaktələrin edilməsini istəyir: "Bu isə demokratik şəhər hakimiyyətinə təhlükə yaradır. Belə baxanda əhəmiyyətsizdir: nə fərqi var? Ancaq insanın da oranqutandan geneteik fərqi 2 faizdir. Nəticə necədir? Hakimiyyətimizə üzümü tutub deyirəm: bizdə siyasi sistem şimpanze səviyyəsindədir. Odur ki, makaki meymunu səviyyəsinədək enməyin”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol