Rusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun istefasını qəbul edib.
«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Prezident Vladimir Putin Vladimir Vasilyevi Dağıstan rəhbəri vəzifələrinin müvəqqəti icraçısı təyin edib.
Bu təyinata qədər Vladimir Vasilyev Dövlət Dumasında «Vahid Rusiya» fraksiyasının sədri vəzifəsində işləyib.
Xatırladaq ki, Vasilyevin bu vəzifəyə namizədliyi KİV-də bircə dəfə də müzakirə obyekti olmayıb.


Şərhlər