Menu

Daha iki xarici şirkət Azərbaycanı tərk edir

04.10.2017, 10:04

closed-sign-in-shop-windowİsveçrənin yuyucu vasitələr istehsalçısı “Colgate-Palmolive” şirkəti Azərbaycan bazarını tərk edir.

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, şirkətin Türkiyədəki törəməsi – “Golgate-Palmolive Temizlik Ürünləri Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 15-dən ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ünvanına bildirə bilərlər.

Nazirlikdən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüquqi şəxsi olan “Globalnik Logistics Group Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi də ləğv olunur.

Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 (“AF Mall Business Center”) ünvanına bildirə bilərlər. /“Report”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol