Menu

«Rusiya Şimali Koreyanı günahlandırır...» - Putin

04.10.2017, 17:09
«Rusiya Şimali Koreyanı günahlandırır...» - Putin

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Moskva Pxenyanı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini yerinə yetirməməkdə günahlandırır. Bu barədə Rusiya Federesiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib («TASS»).

Bununla yanaşı, Putin əmindirki, KXDR ətrafında hərbi ritorikanı gərginləşdirmək «məhvə aparan yoldur».

«Bizim gözlərimiz qarşısında KXDR-nın nüvə-raket proqramı ətrafında cəbhələşmə spiralı fırladılır. Biz, BMT TŞ-nın qənamələrini pozmaqda Pxenyanı pisləyirik. Amma hərbi ritorikanı gərinləşdirmək sadəcə dalana dirəniş yox, əminəm ki, «məhvə aparan yol»dur» - deyə, dövlət başçısı xarici dövlətlərin səfirlərinin etimadnamələrinin qəbulu mərasimində qeyd edib.

Məlumat üçün bildirək ki, oktyabrın 3-də Vadimir Putin 20 xarici ölkənin Rusiyadakı səfirinin etimadnaməsini qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol