Kuala Lumpurdan Pekinə uçarkən yoxa çıxan Malaziya təyyarəsi axtarış bölgəsinin cənubunda axtarılacaq.
Axar.az-ın məlumatına görə, axtarış əməliyyatlarının cənuba doğru yönəldilməsi haqda məlumatı Avstraliya Baş nazirinin köməkçisi Varen Trus açıqlayıb. Daha bir məlumata görə isə, Trus bildirib ki, çox güman, təyyarə düşdüyü vaxt avto-pillotda olub.
Xatırladaq ki, martın 8-də itkin düşən Malaziya təyyarəsində olan 239 nəfərin taleyi hələ də sual altındadır. Axtarış işləri isə davam etdirilir.


Şərhlər