Menu

Rusiyanın futbol millisinin yeni rəsmi sponsoru özbək oldu

04.10.2017, 20:46
Rusiyanın futbol millisinin yeni rəsmi sponsoru özbək oldu

Özbəkistanın “Ravon Motors” avtomobil şirkəti futbol üzrə Rusiya milli komandasının rəsmi sponsoru olub.Trend-in məlumatına görə, “Ravon” brendi altında Rusiya bazarında avtomobil satışı ilə məşğul olan şirkətin Rusiya millisi ilə tərəfdaşlığı yaxın günlərdə keçiriləcək yoldaşlıq görüşləri ilə başlayacaq.

Rusiya komandası oktyabrın 7-i və 10-da müvafiq olaraq Cənubi Koreya və İranla qarşılaşacaq.

Qeyd edək ki, “Ravon” 2015-ci ildən fəaliyyət göstərir və “General Motors Uzbekistan” zavodunun məhsullarının satışını həyata keçirir. Şirkətin rəhbəri Şərəf Aşurovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol