Menu

Bakıda piyadanı maşın vuraraq qaçıb

05.10.2017, 09:13
Bakıda piyadanı maşın vuraraq qaçıb

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 34 yaşlı Qarakişiyev Rauf Əvəz oğlu 2-ci Zabrat qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Kişinin xəsarət aldığını görən maşının sürücüsü ərazidən uzaqlaşıb. Yaralı taksi sürücüsünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol