Menu

Şimali Koreya oktyabrda ABŞ-a müharibə elan edəcək

26.06.2014, 19:07
Şimali Koreya oktyabrda ABŞ-a müharibə elan edəcək

Şimali Koreya ölkənin lideri Kim Çen Un haqqında çəkilmiş filmə görə ABŞ-ı müharibə ilə təhdid edib.

Axar.az xəbər verir ki, Kim Çen Un öldürülməsindən bəhs edən film ekranlaşdırılacağı təqdirdə Şimali Koreya ABŞ-ı amansızcasına cəzalandıracağını bildirib.

Şimali Koreyanın Xarici İşlər naziri bildirib ki, film ekrana verildiyi halda müharibə elan olunacaq.

“Bizim liderə sui-qəsd haqqında bir filmin ekranlaşdırılması və satışa çıxarılması bizə qarşı təcavüz və terror aktıdır, əgər ABŞ bu filmin nümayişinə icazə versə, Koreya hökuməti tərəfindən amansız tədbirlər görüləcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Un haqqında Hollivudun çəkdiyi “İntervyu” adlı filmin oktyabr ayında premyerası olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol