Vəkil Bəhruz Bayramov təcridxanadan yeni xəbərlə gəlib
"Mediaforum" saytına müsahibə verdiyinə, daha doğrusu, ona göndərilmiş sualları cavablandırdığına görə Bakı İstintaq Təcridxanası rəhbərliyinin qərarıyla 6 günlük "kars" salınan tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin bazar günü gönorta saatlarında karsdan çıxacağı gözlənilir.
Xəbəri Moderator.az-a Pərvizin vəkili Bəhruz Bayramov bildirib. Onun dediyinə görə səhər saatlarında Pərvizin atası Kamran Həşimovla təcridxanaya getsələr də yalnız o görüşə bilib və durumu ilə maraqlanıb. Atası Kamran Həşimovsa bayırda gözləyib və bildirib ki, sadəcə oğlunun sağlıq durumu barədə dəqiq məlumat almaq niyyətindədir və gizli infarkt keçirdiyindən həyəcanlanmamaq üçün Pərvizlə görüşməyə təkid etməyib.


Şərhlər