Menu

İspaniya Kataloniyanı çökdürür - Böyük banklar  köçür

06.10.2017, 16:42
İspaniya Kataloniyanı çökdürür - Böyük banklar  köçür

Kataloniyanın ən böyük banklarından biri “Sabadel” baş ofisini İspaniyanın Alikante şəhərinə köçürmək haqqında qərar verib.Axar.az xəbər verir ki, artıq “Sabadel”in rəqibi “Caixabank”ın (Kixabank) da eyni addımı atmağı planlaşdırdığını bildirib. Belə ki, bank bu gün məsələ ilə bağlı xüsusi iclas keçirəcək.

Madrid həmçinin bankın Kataloniyadan çıxması üçün xüsusi imtiyazlar verməyə hazırlaşır. “Röyter” bu bankların öz baş qərargahlarını başqa ərazilərə köçürməsinin Kataloniyanın iqtisadiyyatına böyük zərbə vuracağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol