Bu gün İmralı həbsxanasında HDP qrup başqanları ilə görüşən Abdullah Öcalan, "Həll prosesinin Məclisə gətirilməsi böyük tarixi hadisədir" deyə bildirib.
Musavat.com-un haberturk-ə istinadən verdiyi xəbərə görə, HDP qrup başqan vəkilləri Pərvin Butud, İdris Baluken və HDP başqan yardımçısı Sırrı Sürəyya Öndərdən ibarət heyətlə görüşən PKK lideri Öcalan, "Həll prosesi qanunu"nu müzakirə ediblər.
Bundan başqa "Terrorun sona çatdırılması" adlı qanun layihəsinin TBMM-də müzakirəyə çıxarılmasını müsbət qarşılayan PKK lideri, bütün məsələlərin qanun çərçivəsində həllinin tərəfdarı olduğunu qeyd edib.


Şərhlər