Menu

"Türk ordusu bizi bəlaya salar" – Kürd Muxtariyyəti

06.10.2017, 21:13
"Türk ordusu bizi bəlaya salar" – Kürd Muxtariyyəti

İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Türkiyə ilə İran arasında aparılan yaxın diplomatiyanı normal qarşılayırıq.

Axar.az xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyətinin sözcüsü Sefin Dizayi danışıb. Türkiyənin qayğılarını yaxşı anladıqlarını deyən Dizayi “dünənin dostları bu gün düşmən olmaz” - deyib.

“Hərbi cəhətdən qarşı-qarşıya gəlməyəcəyimizə əminik. Hər iki ölkə böyük orduya sahibdir. Biz də bəla axtarmırıq. Dostluq, davamlılıq və daha çox qarşılıqlı anlayış istəyirik”, - Dizayi deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol