Menu

Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub

06.10.2017, 21:42
Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub

Goranboy rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

Rayonun Zeynallı kənd sakinlərinin "Report"un Qərb bürosuna verdiyi məlumata görə, hadisənin baş verdiyi ailə kənddə sakit ailə kimi tanınır.

Sakinlər bildiriblər ki, intihar etmiş Günel adlı qadının həyat yoldaşı Bakı şəhərində işləyir. Bu gün onu Bakıya yola salıb və bir müddət sonra hamam otağına gedərək orda özünü iplə asıb. Üç uşaq anasının cəsədini qızı tapıb və bu barədə nənə-babasına xəbər verib.

Məlumata görə, Günel son günlərdə özünə qapanıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol