Menu

Strasburqun mərkəzi meydanından insanlar təxliyə edilib

07.10.2017, 00:50
Strasburqun mərkəzi meydanından insanlar təxliyə edilib

Fransanın Strasburq şəhərində bomba qoyulması barədə məlumata görə Kleber meydanından insanlar təxliyə edib.APA-nın xəbərinə görə, anonim zəng “AFP” agentliyinə edilib. Agentliyin əməkdaşları həmçinin təxliyə olunub.

Məlumata əsasən, Kleber meydanında bütün mağazalar bağlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol