Silahlı Qüvvələr Günü ilə bağlı Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimindən AzərTAc reportaj yayımlayıb.
Xəbər verdiyimiz kimi, bu gün saat 10-da Pirəkəşkül poliqonunda keçirilən genişmiqyaslı hərbi təlimi Ali Baş Komandan İlham Əliyev də izləyib.
Təlimə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş vertolyotu cəlb edilib.
Sonda İlham Əliyevin 2014-cü il 24 iyun tarixli müvafiq Sərəncamı ilə təltif edilən hərbçilərə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları, eləcə də qiymətli hədiyyələr təqdim olunub.


Şərhlər