Menu

Turist Bakıda otelin xadimələrini qarət edib

07.10.2017, 17:54
Turist Bakıda otelin xadimələrini qarət edib

Bakıda qaldığı oteldə oğurluq edən xarici vətəndaş saxlanılıb.

Daxili İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumata əsasən, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisində yerləşən otellərin birində xadimə işləyən 2 qadının çantalarından ümumilikdə 580 manat və 40 lari pul oğurlamaqda şübhəli bilinən, həmin oteldə turist kimi qalan bir əcnəbi vətəndaş tutulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol