Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.APA-nın xəbərinə görə, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunub. Aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli və başqaları çıxış edib.
Aksiyada bu dəfə sentyabrın 23-dəki aksiyadan daha az üzv iştirak etdiyi müşahidə olunub.
"Azadlıq" radiosu isə xəbər verib ki, Milli Şuranin mitinqinin aparıcı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Vahid Məhərrəmli olub. Aksiyanın əsas şüarı "Korrupsiyaya son, siyasi məhbuslara azadlıq!" olub.
Mitinq canlı yayımlanmayıb.Virtualaz.org bunun səbəbini toplaşanların sayının azlığı ilə bağlayıb.
Ancaq AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli Azadlıq Radiosuna açıqlamasında Meydan ərzaisində internetin kəsildiyini və bununla mitinqin işıqlandırılmasına əngəl yaradıldığını deyib:“Ən narahatlıq doğuran məsələ odur ki, internetin sürətini tam aşağı salıblar. Halbuki, hökumət xalqın 300 milyonun xərcləyib kosmosa peyk buraxnda iddia edirdi ki, bu, ən yüksək səviyyədə internet təminatından ötrü nəzərdə tutulur”.
N.Məmmədli mitinq qabağı təşkilatçılara və fəallara basqısı barədə də danışıb. Bildirib ki, bu mitinq öncəsi 5 cəbhəçi saxlanıb, təzyiqlər əsasən, müxalifətçiləri qorxutmaq istiqamətinə yönəlib.
Hərçənd, belə məlumatları Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədri mitinqdə çıxış edib. Ə.Kərimli Azərbaycan hökumətini sərt tənqid edib. O, bundan evvəlki mitinq ərəfəsində saxlanan, inzibati qaydada həbs edilən cəbhəçilərdən danışıb:“Bizim mitinqin aparıcısı İlham Hüseyni, əvvəlki mitinqdəçıxış etməli olan Emil Səlimovu, bu gün çıxış etməli olan başqa bir gənci həbs ediblər... Biz bütün Azərbaycan gənclyinə azadlıq istəyirik”.
Əli Kərimli bildirib ki, hökumətinəsas hədəfi təşkilatçılardır. Ə.Kərimli Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqində saxlanan gənclərin bir çoxunun sərbəst buraxıldığını, onların meydanda olduğunu bildirib və həmin şəxsləri salamlayıb.
Onun sözlərinə görə, etiraz edən insanların əsas tələbi ölkədə korrupsiyaya son qoyulmasıdır.
Bakı şəhər Baş Polis İdarəsi bu gün keçirilən aksiya ilə bağlı məlumat yayıb.İdarədən APA-ya bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1 200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.









Şərhlər